SİZİN TELEKOMMUNİKASİYA
             PARTNYORUNUZ
 
   az   |  rus   |  eng Dial up >> Qeydiyyat / Balans   
Ana səhifə Məktub yaz




Sualınız varsa, bizə müraciət edə bilərsiniz:

Tel.:   +(99412) 490 20 20
Faks: +(99412) 490 20 30

Xidmətlərin satışı
sales@ultel.az

Marketinq, reklam
marketing@ultel.az

Müştərilər xidməti
info@ultel.az

CDMA Müştəriləri xidməti
cdma@ultel.az

Internet Müştəriləri xidməti
support@ultel.az

Vakansiyalar
personnel@ultel.az

 
 02/04/2012
     
IP-TV xidmətini istifadə edən və bu xidmətə qoşulmaq istəyən internet istifadəçilərinin diqqətinə.

2012-ci ilin aprel ayından başlayaraq internet xətti üzərindən təşkil olunan IP-TV xidmətinin (71 ədəd televiziya kanallarının izlənməsi) aylıq istifadə haqqı 10 manatdan 9 manata qədər endirilmişdir. IP-TV xidmətinin aktivilməsi şərtləri ilə burada tanış olmaq olar.
   
 
     
"Online" ödəmə.
Telefon abunəçiləri və İnternet istifadəçilərin diqqətinə.


Xidmət haqlarının ödənişində rahatlığınızı təmin etmək məqsədi ilə "online" ödəmə sistemi tətbiq olunmuşdur. Bu növ ödənişləri səhifəmizdəki "online" ödəmə pəncərəsindən və yaxud www.azericard.com internet səhifəsindən həyata keçirə bilərsiniz.
   
 01/09/2011
     
İnternet tariflərində dəyişiklik.

"ULTEL" telekommunikasiya operatoru internet qiymətlərini aşağı salmaqla yeni tarif paketlərini tətbiq edir. 1 sentyabr 2011-ci il tarixindən yeni tarif paketlərinə müvafiq olaraq ADSL və Zəmanətli internet istifadəçilərin ödədiyi aylıq məbləğə uyğun onların sürətləri artırılmışdır. Yeni ADSL tarifləri ilə daha ətraflı Tariflər bölümündə tanış ola bilərsiniz.
İstifadəçilər bir tarif paketindən digər tarif paketinə 1 oktyabr 2011-ci il tarixindən keçə bilərlər. Bunun üçün 1 oktyabr 2011-ci il tarixinədək ULTEL-in Abunə Şöbəsinə ümumi qaydada müraciət edilməlidir.
   
 09/02/2011
     
Gecə tarifi ilə ADSL İnternet istifadəçilərin diqqətinə.

Gecə tarifi ilə məhdudiyyətsiz ADSL İnternet istifadəçilərin istifadə saatları 01.03.2011-ci il tarixdən dəyişdirilərək axşam saat 24:00-dan səhər saat 10:00 dək və bazar günləri müəyyən edilmişdir.
   
 30/12/2010
     
Əziz telefon abunəçiləri və internet istifadəçiləri!

ULTEL MMC-nin kollektivi Sizi 31 dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edir, sizə can sağlığı, xoşbəxtlik və işlərinizdə yeni uğurlar arzulayır.
   
 01/10/2010
     
Dial-up rejimində qoşulan istifadəçilər üçün yeni kampaniya tarifləri.

ULTEL şirkəti internet kartları vasitəsilə Dial-up rejimində qoşulan istifadəçilər üçün yeni kampaniya qiymətlərini tətbiq etmişdir. Belə ki, bir saata görə Gündüz vaxtının tarifi 0,08 AZN (0,10 AZN əvəzində),
Həftənin iş günlərinin tarifi saat 18:00 dan 22:00 qədər 0,06 AZN (0,07 AZN əvəzində),
İstirahət günlərinin tarifi 0,04 AZN (0,05 AZN əvəzində),
Gecə vaxtının tarifi 0,04 AZN (0,05 AZN əvəzində) müəyyən olunmuşdur.
Bundan başqa, aylıq (31 günlük) məhdudiyyətsiz istifadə üçün nəzərdə tutulan kartın qiyməti 12 AZN olmuşur.
Kampaniya tarifləri ilə daha ətraflı tanış olmaq üçün TARİFLƏR bölümünə daxil olmanızı xahiş edirik.
   
 01/08/2010
     
IP-TV xidmətinə start verildi.

ULTEL-in internet istifadəçiləri artıq IP-TV xidməti vasitəsi ilə 71 ədəd televiziya kanallarını izləyə bilərlər. Kanalların siyahısı ilə burada tanış ola bilərsiniz.

IP-TV xidmətinin bir dəfəlik qoşulma haqqı 10 AZN, aylıq istifadəsinin haqqı 10 AZN-dir
IP-TV xidmətinə qoşulmaq üçün Set-Top-Box abunəçi qurğusu alınmalıdır.
Set-Top-Box qurğusunun ULTEL-də satış qiyməti 150 AZN-dir.
Set-Top-Box qurğusuna baxmaq üçün buraya tıklayın.

İstifadəçinin hazırda istifadə etdiyi ADSL modem IP-TV xidmətinin qoşulmasına imkan verməlidir.
ULTEL-in tövsiyyə etdiyi ADSL modemin tipi və ULTEL-də satış qiyməti *:
Huawei HG510 – 52 AZN;
Huawei HG521 wireless – 65 AZN.
Tövsiyyə olunan ADSL modemlərə baxmaq üçün buraya tıklayın.

Yuxarıda göstərilən bütün qiymətlərə və tariflərə ƏDV daxildir.

IP-TV xidmətinə qoşulma barəsində daha ətraflı məlumat almaq üçün 490-50-51 yaxud 490-16-16 telefonlarına zəng edə bilərsiniz.

* ADSL modem hər hansı satıcıdan da satın alına bilər
   















© Copyright Ulduz Telekom 2005