|
|
 |
 |
|
Telefon rabitəsinin böyük müəssisələrin fəaliyyətində mühüm rolunu nəzərə alaraq ULTEL belə müəssisələrə qarşı xüsusi proqram çərçivəsində xidmət göstərir. Belə ki, bu cür müştərilər üçün bir pilot-nömrə altında qrup şəklində işləyən bir neçə xətt təşkil edilir və stansiyadan həmin xətlər üzərindən şəhərlərarası və beynəlxalq danışıq zamanı konturlar göndərilir.
Korporativ müştərilərin istehsalat-daxili stansiyalarının ISDN PRI siqnallaşma növü ilə 2 mb/s E1 portu üzərindən ULTEL-in stansiyalarına qoşulması da mümkündür. Bu halda müəssisənin daxili abunəçisi bir-başa şəhər nömrəsinə sahib olmaqla, şəhər stansiyalarına xas olan bütün imkanları əldə edir.
Bu cür bağlantıların təşkili zamanı yüksək keyfiyyəti əldə etmək və itkiləri azaldmaq məqsədi ilə ULTEL, bir qayda olaraq, optik kabellərdən istifadə edərək, onu müvafiq optik multipleksor və digər avadanlıqlarla sonlandırır. Bu məqsədlə ULTEL tərəfindən paytaxtımızın əksər iri iş mərkəzləri və mehmanxana komplekslərinə optik kabel çəkilmişdir.
Korporativ müştərilər də ayda bir dəfə hər istifadə etdikləri nömrə üçün şəhərlərarası və beynəlxalq danışıqların ayrıntılı açıqlamasını ala bilirlər.
|
|
|

© Copyright Ulduz
Telekom 2005
|

|
|