1. Ümumi şərtlər
1.1 Hazırkı Məxfilik Siyasəti, "Ultel" MMC-yə məxsus "Ultel" adlı Platformanın texniki
imkanlarından yararlanan İstifadəçilərə aiddir, və İstifadəçi ilə Ultel MMC arasında bağlanmış
Müqavilənin ayrılmaz bir hissəsidir.
1.2 Bu Məxfilik Siyasəti İstifadəçinin şəxsi məlumatlarının toplanılması, saxlanılması, işlənməsi,
istifadəsi və müdafiəsi qaydalarını müəyyən edir.
1.3 Platformada İstifadəçinin qeydiyyatı, daxil olması və ya Xidmətlərin sifarişi zamanı, həmçinin
Platformadan istifadənin başqa hallarında, İstifadəçi Platformaya öz şəxsi məlumatlarını daxil edir
və istifadəsinə razılıq verir. Məlumatın toplanması həmçinin İstifadəçiyə Platforma üzərindən təqdim
edilən sualların cavablandırılması vasitəsi ilə həyata keçirilə bilər.
1.4 İstifadəçi Platformaya özü haqqında şəxsi məlumatların və istənilən başqa
informasiyanınyerləşdirilməsihaqqında sərbəst və könüllü qərar verir, həmçinin də şəxsi
məlumatların və informasiyanın "Ultel" MMC tərəfindən işlənməsinə və ya işlənməsi üçün
üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirir.
1.5 Şəxsi məlumatların işlənməsi istənilən hərəkət və ya hərəkətlərin toplanma, saxlanma, istifadə
və yayılma kimi məcmusudur və şəxsi məlumatların, həmçinin informasiya (avtomatlaşdırılmış)
sistemlərinin istifadəsi ilə məhv edilməsidir.
1.6 Şəxsi məlumatların işlənməsinin məqsədləri aşağıdakılardır:
1.6.1 Platformanın fəaliyyətinin yaxşılaşdırılması üçün statistik və analitik məlumatların alınması;
1.6.2 Platformada göstərilən xidmət növlərinin artırılması və "Ultel" MMC-nin fəaliyyət
dairəsinin genişləndirilməsi;
1.6.3 Platforma və ya üçüncü şəxslərin informasiya və ya reklam xəbərlərinin alınması (yeni
imkanlar, aksiyalar və başqa xəbərlər haqqında xəbərdarlıq);
1.6.4 İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin qarşısının
alınması və xəbərdar edilməsi;
1.6.5 Qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması;
1.7 Platforma İstifadəçi barəsində növbəti informasiyanı toplayır:
1.7.1 Platformadan istifadə zamanı "Ultel" MMC İstifadəçinin daxil etdiyi şəxsi informasiyaları
Platformanın məlumat bazasında toplayır. Belə informasiya, İstifadəçinin adı və soyadı, telefon
nömrəsi, sifarişin verildiyi məkan, həmçinin ünvanı ola bilər. Əgər İstifadəçi sosial mediya hesabları
vasitəsilə daxil olursa, Platforma həmçinin belə sosial şəbəkənin profilində yerləşdirilmiş
informasiyanı toplaya bilər.
1.7.2 Platforma ona giriş zamanı proqram təminatı tərəfindən avtomatik olaraq texniki
informasiyaları toplaya bilər.
1.8 Platforma, həmçinin də "Ultel" MMC, İstifadəçinin irqi və ya etnik mənsubiyyəti, siyasi
baxışları, siyasi partiyalara, həmkarlar ittifaqlarına üzvlük və məhkumluq barədə məlumatları,
həmçinin də sağlamlığına, şəxsi həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları
toplamır və istifadə etmir.
1.9 ”Ultel” MMC Platformaya İstifadəçilər tərəfindən təqdim edilmiş heç bir şəxsi və ya başqa
məlumatları, İstifadəçinin bu cür məlumatları əldə etmək üçün veridiyi icazə halı istisna olmaqla,
həmçinin də İstifadəçi ilə razılaşdırıldıqdan sonra və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada,
aidiyyati olmayan üçüncü şəxslərlə paylaşmır.
1.10 ”Ultel” MMC ehtiyac yarandığı hallarda İstifadəçibarəsindəməlumatları Platforma ilə
əməkdaşlıq edən və ya Ultel MMC-yə aidiyyatı olan şəxslərlə paylaşa bilər.
1.11 Ultel MMC, Platformadan istifadə prosesində İstifadəçi tərəfindən verilmiş informasiyanı və
şəxsi məlumatları satmır və icarəyə vermir.
1.12 Platforma İstifadəçisi başqa istifadəçilər tərəfindən verilmiş məlumatlardan, həmin istifadəçinin
yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etməməyi öhdəsinə
götürür. Platformadan istifadə ilə əlaqədar İstifadəçidən alınmış bütün məlumatlar müvafiq
xidmətlərin və ya məhsulların təqdim edilməsi üçün tələb olunan hərəkətlərin icrasında istifadə
edilə bilər.
1.13 Platformadan istifadə edən İstifadəçi onun Platformadan istifadə prosesində verdiyi şəxsi və
başqa məlumatları istənilən vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək
imkanına malikdir.
1.14 İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü
üçün məsuliyyət daşıyır.
1.15 Ultel MMC İstifadəçinin şəxsi məlumatlarına üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi
üçün ağlabatan təhlükəsizlik tədbirlərini təmin edir.
1.16 Platforma vasitəsi ilə toplanmış və işlənmiş bütün şəxsi məlumatlar bir və ya bir neçə qorunan
serverdə saxlanılır. Ultel MMC İstifadəçinin şəxsi məlumatlarının yerləşdiyi məlumat bazalarına
girişi olan bütün əməkdaşları ilə İstifadəçilərə aid informasiyanın üçüncü şəxslərə yayılmaması
barədə razılaşma imzalayır.
2. Cookies və bənzər texnologiyalar
2.1 Platforma informasiyanın saxlanılması üçün “cookies” və bənzər texnologiyalardan istifadə edə
bilər. Bu fayllar Platformanın istifadəsini yüngülləşdirmək, xidmətlərinin keyfiyyətinin və
təhlükəsizliyinin artırılması məqsədi ilə, həmçinin reklam məqsədi ilə istifadə olunur.
2.2 Platforma tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin “cookies” faylların
İstifadəçinin brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və İstifadəçinin icazəsi ilə
həyata keçirilir. Platformadan istifadəni davam edərək, İstifadəçi Platformaya “cookies” fayllarının
İstifadəçinin brauzerində saxlamasına öz icazəsini verir.
2.3 Platforma “cookies” və bənzər texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində
İstifadəçinin qurğusunda saxlanılan və həmçinin də daha uzun müddətli dövr ərzində İstifadəçinin
qurğusunda qalan başqa bənzər texnologiyalardan istifadə edir. İstifadəçi bu cür texnologiyaları
bloklamaq və silmək imkanına malikdir.
2.4 “Cookies” və bənzər texnologiyalara icazəsiz girişin qarşısını almaq üçün Ultel MMC bütün
təhlükəsizlik tədbirlərini görür. İstifadəçi də analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə
götürür. Ultel MMC zəmanət verir ki, yalnız Ultel MMC-nin səlahiyyətli nümayəndələri və
tərəfdaşları “cookies” vasitəsi ilə toplanan məlumatlarına daxil olmaq imkanına malikdirlər.
2.5 Ultel MMC-nin səlahiyyətli nümayəndələri və tərəfdaşları, Platformanın fəaliyyətini müxtəlif
məqsədlərlə və vasitələrlə təşkil edən fiziki və hüquqi şəxslərdir. Ultel MMC Platformada
göstərilən xidmətlərin İstifadəçiyə təqdim edilməsi, həmçinin də Platformanın fəaliyyəti üçün zəruri
olan səlahiyyətli tərəfdaşların xidmətlərindən yararlanmaq hüququna malikdir. Onlar həmçinin
başqa informasiyanı, məsələn, IP-ünvanlar və ya başqa eyniləşdiricilər barədə məlumatları toplaya
bilərlər.
2.6 Platforma yuxarıda göstərilmiş texnologiyalardan istifadə edərək toplayıb və saxladığı istənilən
məlumatlardan İstifadəçinin icazəsi ilə istifadə edə bilər.
2.7 İstifadəçi brauzerin və ya qurğunun parametrlərində “cookies” fayllarına aid tənzimləmələri
idarə edə bilər. İnformasiyanın toplanmasından və saxlanılmasından imtina üçün brauzerin
parametrlərində “cookies saxlamamaq" bəndini aktivləşdirmək, həmçinin "cookies təmizləmək"
düyməsini klikləmək lazımdır.
2.8 Platformada olan texniki xarakterli informasiya, məsələn, ip-ünvanlar, Platforma tərəfindən
statistik və analitik məqsədlər üçün istifadə olunur.
2.9 Alıcının fərdi ehtiyaclarına və maraqlarına uyğunlaşdırılmış xidmətlərin yüksək keyfiyyətli
təminatı məqsədi ilə Platforma İstifadəçinin sistemə son giriş məlumatlarını saxlayır.
3. Naviqasiya və klikləmə
3.1 Platformadan istifadə edərkən, baxdığınız səhifələr, kliklədiyiniz düymə və əlaqələrə dair
naviqasiya və klik məlumatları, bir səhifədə qaldığınız müddət, seçdiyiniz və marağlandığınız
xidmətlər barədə məlumatları əldə etmək üçün saxlanılır. Həmin məlumatlar sizin kimliyinizi ortaya
çıxartmır və birbaşa olaraq öz adınızla əlaqələndirilmir.
3.2 Platforma üzərindən əldə etdiyiniz xidmətlər və məhsullar barədə məlumatların, yerləşdirdiyiniz
sorğuların başa çatdırılması, təhlili və inkişaf etdirilməsi, Platformadan istifadənin artırılması, hüquqi
baxımdan lazım olan hallarda məlumatın təmin olunması və Platformaya və ya üçüncü şəxslərə aid
veb saytlar üzərində diqqətinizi çəkəcək kampaniya və istiqamətləndirmələr üçün istifadə edilir. Bu
məlumatlar sorğunun emalı zamanı müvafiq üçüncü şəxslərlə sorğunun mərhələlərindən hər hansı
birində paylaşıla və ya Platformadan istifadənin təhlilində və dəstəyində istifadə edilə bilər.
4. Mübahisələrin həlli yolları
4.1 Məxfilik Siyasətinin həyata keçirilməsindən yarana biləcək hər cür mübahisələrin həlli
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əsasən həll edilir.
5. Məxfilik siyasətinə dəyişiklik
5.1 ”Ultel” MMC Məxfilik Siyasətinə dəyişikliklər edə, silə və ya qaydalarını yeniləyə bilər.
5.2 Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, odərhalPlatformadan istifadəni
dayandırmalıdır. Əgər İstifadəçi Platformadan istifadəni davam etdirirsə, bu halda dəyişiklikləri və
Məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul etmiş hesab edilir.